BAKI, 18 may. TELEQRAF

Yanvar-aprel aylarında Azərbaycanın ticarət dövriyyəsində Böyük Britaniyanın payı 20,45%-ə yüksəlib.

Teleqraf Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Böyük Britaniya ilə xarici ticarətin həcmi 3 559 663.31 min dollar olub. Bunun da 3 470 020.67 min dolları ixracın (29.21)payına düşüb.

Beləliklə, Böyük Britaniya həm Azərbaycanın ümumi ticarət dövriyyəsində, həm də ixracında İtaliyadan sonra ikinci sırada yer alıb.

Hesabat dövründə qeyri-neft məhsullarının 73,85%-i məhz bu ölkəyə ixrac olunub.