BAKI, 15 may. TELEQRAF

2020-ci ildən başlayaraq satmaq öhdəliyi ilə kirayə mənzil mexanizmi çərçivəsində vətəndaşlara kirayə mənzillər təqdim olunur.

Bu barədə Teleqraf-a İpoteka və Kredit Zəmanət Fondundan (İKZF) məlumat verilib.

Billdirilib ki, ötən dövrdə mexanizm çərçivəsində Bakı, Sumqayıt şəhərləri, habelə Abşeron rayonu üzrə 17 müxtəlif ünvanda kirayə mənzillər vətəndaşların seçiminə təqdim edilib və 9526 kirayə müqaviləsi rəsmiləşdirilib, mənzil şəraiti yaxşılaşanların 70 faizə yaxını gənclər və gənc ailələrdir.