BAKI, 15 may. TELEQRAF
2026-cı ilin yanvar-mart aylarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 157 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirib, 107 ölkəyə məhsul ixrac olunub, 145 ölkədən idxal olunub.
Teleqraf Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-mart aylarında xarici ticarət dövriyyəsi 10 milyard 147,5 milyon ABŞ dolları təşkil edib və 2 milyard 138,1 milyon dollar məbləğində müsbət ticarət saldosu yaranıb.
2025-ci ilin yanvar-mart ayları ilə müqayisədə 2026-cı ilin yanvar-mart aylarında buğda idxalı real ifadədə 29,1%, təzə meyvə idxalı 5,7%, avtobus idxalı 2,5 dəfə, qara metallardan boruların idxalı 4,4%, hesablama maşınları, blok və qurğuların idxalı 9,8% artıb, şokolad və şokolad məhsullarının idxalı 17%, kərə yağı, digər süd yağları və pastaların idxalı 24,9 %, xam şəkərin idxalı 19%, minik avtomobillərinin idxalı 36,2%, dərman vasitələrinin idxalı 34,3%, polad prokatının idxalı 17,1%, ayaqqabıların idxalı 8,1% azalıb.


