BAKI, 15 may. TELEQRAF

Diplomatik korpusla birlikdə Qarabağa səfərə dəvət olunmaq mənim üçün şərəf idi. Mən Çilidənəm və Latın Amerikası ilə müqayisə aparanda burada dövlət xidmətlərinin qurulma səviyyəsi diqqət çəkir.

Teleqraf xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi İqor Qarafuliç “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda qeyd edib.

O əlavə edib ki, Qarabağda yenidənqurma işlərinin dərin düşünülmüş və yüksək keyfiyyətlə həyata keçirildiyini görmək təsiredicidir:

“Mən Azərbaycanda cəmi dörd aydır fəaliyyət göstərirəm, amma altı il əvvəl burada olmuş həmkarlarım dəyişikliklərin müsbət istiqamətdə necə inkişaf etdiyini xüsusi vurğulayırlar. Məni ən çox təsirləndirən isə ASAN xidmət mərkəzləri oldu.

Bazar günü başlayacaq 13-cü Dünya Şəhərsalma Forumu (WUF13) artıq 32 min nəfər qeydiyyatdan keçib. Bu məkan müzakirələr üçün də vacib platformadır.

Dünyanın müxtəlif yerlərində münaqişələrin yaşandığı bir dövrdə Azərbaycanın mənzil əlçatanlığı, şəhərsalma və planlaşdırma kimi mövzuların müzakirəsi üçün platforma yaratması dünya üçün çox yaxşı nümunədir. Buna görə də BMT adından sizi təbrik edirəm”.