BAKI, 15 may. TELEQRAF

Əgər biz ölkənin davamlı və dayanıqlı inkişafını təmin etmək istəyiriksə, ilk növbədə insan kapitalına diqqət yetirməliyik.

Teleqraf xəbər verir ki, bu barədə elm təhsil nazirinin müavini İdris İsayev “Bakı Şəhərsalma Həftəsi” çərçivəsində “Davamlı və dayanıqlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması” mövzusunda beynəlxalq konfransda deyib.

O qeyd edib ki, bu gün şəhərlərin davamlı inkişafı orada tikilən binaların sayı və ya küçələrin uzunluğu ilə ölçülmür:

“Bu, eyni zamanda şəhərdə yaşayan insanların həyat keyfiyyəti göstəriciləri, onların təhsil səviyyəsi, intellektual potensialı, yaşam səviyyəsi ilə ölçülür:

“Görülən budur ki, bütün bu proseslərin başında insan durur. Burada da əsas meyar məhz insanlar üçün rahat, təhlükəsiz, inkluziv və keyfiyyətli yaşam mühitinin yaradılmasıdır”.