BAKI, 15 may. TELEQRAF
Kapitallaşmasına görə dünyanın ən böyük iki kriptovalyutası olan "Bitcoin" və "Ethereum"da artım müşahidə olunur.
Teleqraf xəbər verir ki, “Binance” platformasında "Bitcoin"in qiyməti 2,31% artaraq 81 min 474 dollara çatıb.
"Ethereum"un (ETH) məzənnəsi isə 1,08% yüksələrək 2 min 289 dollar olub.
“CoinMarketCap” platformasının mayın 15-nə olan məlumatına görə, qlobal kriptovalyuta bazarının ümumi kapitallaşması 2,71 trilyon dollar təşkil edib.
Bu məbləğin 1,63 trilyon dolları və ya 60,3%-i "Bitcoin"in, 275,9 milyard dolları və ya 10,2%-i isə "Ethereum"un payına düşür.
“CoinGlass” platformasının məlumatına əsasən, son 24 saat ərzində dünya kriptobirjalarında 85 mindən çox treyderin ümumilikdə 258,39 milyon dollar dəyərində mövqeyi ləğv olunub.
Ləğv edilən mövqelərin böyük hissəsi "Bitcoin" əməliyyatlarının payına düşüb. Bunun 105,37 milyon dolları uzun, 153,02 milyon dolları isə qısa mövqelər olub.
Ən böyük ləğv əməliyyatı isə “Hyperliquid” kriptobirjasında XYZ:COIN-USD cütlüyü üzrə 2,93 milyon dollar həcmində qeydə alınıb.