BAKI, 14 may. TELEQRAF

“Azərbaycan Dəmir Yolları” QSC (ADY) Qurban bayramı münasibətilə Gəncə–Mingəçevir–Gəncə marşrutu üzrə əlavə reyslər təşkil edir.

Teleqraf xəbər verir ki, reyslər 27 may tarixində həyata keçiriləcək.

Məlumata görə, qatar Gəncədən Mingəçevirə saat 07:15-də, Mingəçevirdən Gəncəyə isə saat 08:40-da yola düşəcək.

Sərnişinlər biletləri ADY-nin rəsmi internet saytından, “ADY Mobile” tətbiqi vasitəsilə və ya Gəncə Dəmiryol Vağzalından əldə edə bilərlər.