BAKI, 14 may. TELEQRAF

"Azərbaycan Dəmir Yolları" (ADY) QSC Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarların hərəkət qrafikinə dəyişiklik edib.

Teleqraf xəbər verir ki, sərnişin tələbatını təmin etmək məqsədilə mayın 16-dan başlayaraq sözügedən xətt üzrə hərəkət edən qatarlar Kürdəmir stansiyasında da dayanacaq.

Bununla da, ADY-nin bütün rayonlararası marşrutları ilə Kürdəmirə səfər etmək mümkün olacaq.