BAKI, 13 may. TELEQRAF
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) 2026-cı ildə qlobal neft tələbatının artımı üzrə proqnozunu gündəlik 200 min barel azaldaraq 1,2 milyon barelə endirib.
Teleqraf xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında qeyd edilib.
Sənədə əsasən, nəticədə 2026-cı ildə dünyada neft istehlakı gündəlik 106,33 milyon barel təşkil edə bilər.
Bununla yanaşı, OPEC 2027-ci il üzrə neft tələbi üzrə artım proqnozunu gündəlik 160 min barel yüksəldib. Hazırda təşkilat gələn il qlobal neft tələbinin gündəlik 1,5 milyon barel artaraq 107,87 milyon barelə çatacağını proqnozlaşdırır.
Hesabatda OPEC+ ölkələri üzrə neft tələbinin artım proqnozu da 2026-cı il üçün gündəlik 200 min barel azaldılaraq 42,7 milyon barelə endirilib. Bu göstərici 2025-ci ilin səviyyəsindən təxminən 400 min barel çoxdur. 2027-ci ildə isə tələbatın təxminən 43,6 milyon barel/sutka təşkil edəcəyi gözlənilir.
Təşkilat OPEC+ ölkələrinə daxil olmayan dövlətlərdə neft təklifinin artımı proqnozunu 2026-cı il üçün dəyişməyərək gündəlik 600 min barel səviyyəsində saxlayıb. Beləliklə, həmin dövlətlərdə neft təklifinin gündəlik 54,83 milyon barelə çatacağı gözlənilir. Bu göstərici 2025-ci illə müqayisədə gündəlik 600 min barel çoxdur. Hasilat artımına əsas töhfəni ABŞ, Kanada, Braziliya və Argentina verəcək.
2027-ci ildə də OPEC+ ölkələrinə daxil olmayan dövlətlərdə maye karbohidrogen hasilatının gündəlik 600 min barel artaraq 55,45 milyon barelə çatacağı proqnozlaşdırılır. Artım əsasən Qətər, Braziliya, Kanada və Argentina hesabına olacaq.