BAKI, 10 dekabr. TELEQRAF

Mərkəzi Bank elektron pul təşkilatı - “Mobile Payment Solutions” MMC-nin (Portmanat) vəzifəli şəxsini cərimələyib.

Teleqraf bu barədə AMB-yə istinadən xəbər verir.

Belə ki, tənzimləyici tərəfindən “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikası Qanununun 9.2-ci və 9.3-cü maddələri ilə müəyyən edilmiş tələblərin pozulmasına görə “Mobile Payment Solutions” MMC-nin vəzifəli şəxsi İnzibati Xətalar Məcəlləsinin 439-2.1.1-ci maddəsinə müvafiq olaraq 2 000 manat məbləğində cərimə edilib.