BAKI, 10 dekabr. TELEQRAF
2025-ci ilin yanvar-noyabr aylarında əsas kapitala 16 milyard 658,9 milyon manat məbləğində investisiya qoyulub.
Teleqraf Dövlət Statistika Komitəsinə istiandən xəbər verir ki, bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz çoxdur.
Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 8,5 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 8,3 faiz artıb.
İstifadə olunmuş investisiyanın 8 milyard 421,2 milyon manatı və ya 50,6 faizi məhsul istehsalı sahələrinə, 5 milyard 614,3 milyon manatı (33,7 faizi) xidmət sahələrinə, 2 milyard 623,4 milyon manatı (15,7 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 987,5 milyon manatını və ya 78 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 12 milyard 687,9 milyon manatı və ya 76,2 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.