BAKI, 10 dekabr. TELEQRAF
"Azərbaycan Dəmir Yolları" QSC artan sərnişin tələbatını təmin etmək məqsədilə dekabrın 12, 13 və 14-ü Bakı-Ağstafa-Bakı istiqamətində əlavə qatar reysləri təyin edir.
Bu barədə Teleqraf-a ADY-dən bildirilib.
Eyni zamanda, bu istiqamətlər üzrə gündəlik Bakı–Qazax–Bakı marşrutu ilə də səfər etmək mümkündür.
Biletləri dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək olar.