Gələn il Cenevrədə Beynəlxalq Əmək Konfransında yeni beynəlxalq əmək konvensiyasının qəbul edilməsi planlaşdırılır.
Teleqraf xəbər verir ki, bu barədə Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində Beynəlxalq Əmək Təşkilatının (BƏT) ölkə üzrə nümayəndəsi Yaşar Həmzəyev deyib.
O qeyd edib ki, bu qərar normativ boşluqların mövcud olduğunun müəyyən edilməsi nəticəsində alınıb:
“BƏT-in tədqiqatlarına görə, rəqəmsəl əmək platformalarında çalışan işçilərin əksəriyyəti özünüməşğulluq və ya qeyri-formal məşğulluq sahəsində fəaliyyət göstərir. Beynəlxalq səviyyədə platforma iqtisadiyyatı ilə bağlı vahid tərif və rəqəmsal əmək platformalarını komplekt şəkildə təmzimləyən beynəlxalq aktlar mövcud deyil. Buna görə də, Beynəlxalq Əmək Təşkilatının İnzibati Şurasının təşəbbüsü ilə platforma iqtisadiyyatında, layiqli əmək sahəsində normativ boşluqların təhlili aparılıb".