BAKI, 10 dekabr. TELEQRAF
Azərbaycan Sənaye Təhlükəsizliyi Assosiasiyası, Dövlət Neft Şirkəti (SOCAR), Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi arasında sənayedə təhlükəsizlik, əmək mühafizəsi və ətraf mühitin qorunması sahəsində birgə əməkdaşlığa dair üçtərəfli Anlaşma Memorandumu imzalanıb.
Teleqraf xəbər verir ki, sənəd Bakıda keçirilən III Sənaye Təhlükəsizliyi Zirvəsində imzalanıb.
Memorandum fövqəladə hallar nazirinin müavini Tapdıq Əmiraslanlı, SOCAR-ın əməliyyat dəstəyi, sağlamlıq və təhlükəsizlik üzrə vitse prezidenti Fuad Musayev və Azərbaycan Sənaye Təhlükəsizliyi Asosiasiyası İctimai Birliyinin İdarə Heyyətinin sədri Orxan Xəlilzadə imzalayıb.