BAKI, 9 dekabr. TELEQRAF

Rusiyanın ümumi qaz ehtiyatları 98 il üçün kifayətdir.

Teleqraf TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Ehtiyatları Komitəsinin rəhbəri İqor Şpurov bildirib.

Şpurov həmçinin qeyd edib ki, Rusiya Federasiyasında ənənəvi qaz ehtiyatlarının artıq 70%-i tükənib.

"Ümumiyyətlə qaz ehtiyatlarının strukturuna nəzər salsaq, görərik ki, ənənəvi ehtiyatlarımızın 70%-i tükənib. Neftdə olduğu kimi, cari ehtiyatlarda çətin bərpa olunan ehtiyatların payı isə 54% təşkil edir", - deyə o bildirib.

"Qazprom" bu yaxınlarda "Sibirin Gücü" qaz kəməri ilə Çinə gündəlik qaz tədarükündə yeni tarixi rekord müəyyənləşdirib.

Rusiya qazının Çinə tədarükü "Qazprom" və Çin enerji şirkəti CNPC arasında bağlanmış uzunmüddətli qaz alqı-satqısı müqaviləsi çərçivəsində həyata keçirilir.