BAKI, 9 dekabr. TELEQRAF

110 kV-luq “Naxçıvan Şəhər” YS-dan çıxan 110 kV-luq EVX kabel xətləri ilə əvəzlənəcək.

Teleqraf xəbər verir ki, "AzərEnerji" ASC bununla bağlı 6 milyon 997 min 728 manatlıq satınalma elan edib.

Qeyd edək ki, ASC bundan əvvəl "Şəmkir" və "Yenikənd" SES-lərin təsirlənmə sistemlərinin yenilənməsi ilə bağlı 5.252.496,00 AZN, 220/110 kV-luq “Novxanı” yarımstansiyasının tikintisi işlərinin satın alınması ilə bağlı isə 49 milyon 715 min 114 manat dəyərində tender elab edib.