BAKI, 8 dekabr. TELEQRAF
Bu ilin yanvar – noyabr aylarında Naxçıvanın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinə xidmət mərkəzləri tərəfindən ümumilikdə 41.304 şəxs qəbul edilib.
Qurumdan Teleqraf-a verilən məlumata görə, mərkəzlərdə vergi qanunvericiliyi və inzibatçılığı ilə əlaqədar sualların cavablandırılması, vergi uçotu, qeydiyyat, bəyannamələr, cari vergi ödəmələri və s. məsələlərlə bağlı 56.016 xidmət göstərilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2 faiz çoxdur.
Yanvar – noyabr aylarında vergi ödəyicilərinə 666.980 məlumatlandırma xarakterli müxtəlif növ bildiriş (məktub) göndərilib.