BAKI, 8 dekabr. TELEQRAF

Dövlət Gömrük Komitəsi "ARAS Pro"nun tətbiqinə başlayıb.

Teleqraf xəbər verir ki, bunu Dövlət Gömrük Komitəsi sədrinin müavini Natiq Şirinov "Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad" adlı tədbirdə bildirib.

O qeyd edib ki, Dövlət Gömrük Komitəsi Avtomatlaşdırılmış Risk Analizi Sisteminin (ARAS) yeni versiyasının tətbiqinə başlayıb:

"Bu "ARAS Pro"dur. Bununla sistemi daha üst səviyyəyə qaldırmışıq. Məlumatlar təmizləndikcə, yeni, əlavə alqoritmlər də sistemə daxil edə bilirik. Bizim növbəti illərdə hədəfimiz rəsmiləşmənin maksimal dərəcədə azaldılmasıdır. Əgər biz bu ilin 11 ayını 2023-cü ilin 11 ayı ilə müqayisə etsək görərik ki, sərbəst dövriyyə üçün buraxılan bəyannamələrin hazırda 38 %-i üç saatın altında rəsmiləşdirilir. "Yaşıl dəhliz" iştirakçılarında isə təqdim olunan bəyannamələrin təxminən 55 %-i üç saatın altında rəsmiləşməsi həyata keçirilir"- deyə sədr müavini qeyd edib.