BAKI, 8 dekabr. TELEQRAF

Dekabrın 1-nə Naxçıvanda ƏDV ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 11,2 faiz artaraq 607 təşkil edib.

Teleqraf xəbər verir ki, bu barədə Dövlət Vergi Xidməti məlumat yayıb.

Həmin tarixə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 3,3 faiz artaraq 22.076 olub. Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə 0,4 faiz artaraq 6.128 olub.