BAKI, 8 aprel. TELEQRAF

Bu ilin yanvar ayında Bakıda muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqı 1332,6 manat təşkil edib.

Teleqraf xəbər verir ki, Bakı Şəhər Statistika İdarəsinin açıqladığı rəqəmlərə görə, bu, 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz çoxdur.

2025-ci ilin yanvar ayında Azərbaycanda iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı isə 1062,9 manat olub.