BAKI, 16 fevral. TELEQRAF

Futbol üzrə İngiltərə Kubokunda 1/8 final mərhələsinin püşkü atılıb.

Teleqraf xəbər verir ki, püşkatma “Qarabağ”ın UEFA Çempionlar Liqasının pley-off mərhələsindəki rəqibi olan “Nyukasl” üçün xüsusilə çətin keçib.

Belə ki, Eddi Haunun rəhbərlik etdiyi kollektiv bu raundda turnirin favoritlərindən biri olan “Mançester Siti” ilə qarşılaşacaq.

Mərhələnin tam püşkü aşağıdakı kimidir:

“Fulhem” – “Sauthempton”

“Port-Veyl” / “Bristol Siti” – “Sanderlend”

“Nyukasl” – “Mançester Siti”

“Lids” – “Norviç Siti”

“Mansfild Taun” – “Arsenal”

“Vulverhempton” – “Liverpul”

“Rekshem” – “Çelsi”

“Vest Hem“– “Maklsfild”/“Brentford”

Bu mərhələnin oyunları martın 7-8-də keçiriləcək.

Qeyd edək ki, "Qarabağ" və "Nyukasl" arasındakı pley-offun ilk görüşü fevralın 18-də Bakıda, cavab oyunu isə fevralın 24-də İngiltərədə baş tutacaq.