BAKI, 27 sentyabr. TELEQRAF
Hindistanın paytaxtı Nyu-Dehlidə 27 sentyabr-6 oktyabr tarixlərində Paraatletika üzrə Dünya çempionatı keçiriləcək.
Teleqraf xəbər verir ki, yarışda Azərbaycanı paraatletikanın nüvə itələmə növündə F55 kateqoriyasında Oloxan Musayev, F57 kateqoriyasında isə Samir Nəbiyev təmsil edəcək.
Paralimpiyaçıları yarışa baş məşqçi Oleq Panyutin və məşqi Emil Şahtaxtinski çıxaracaq.