İngiltərənin "Brayton" klubunun futbolçusu Karou Mitoma karyerasını Səudiyyə Ərəbistanı Pro Liqasında davam etdirə bilər.

Teleqraf.com "Goal.com" saytına istinadən xəbər verir ki, yaponiyalı yarımmüdafiəçi Kriştiano Ronaldunun çıxış etdiyi "Əl-Nəsr"in maraq dairəsinə düşüb.

Səudiyyə təmsilçisi Mitoma üçün "Brayton"a 107 milyon avroluq təklif hazırlayır.

Daha əvvəl Premyer Liqa klubu "Əl-Nəsr"in 65 milyona avroluq təklifindən imtina etmişdi.

Qeyd edək ki, Karou Mitoma 2022-ci ilin yayından "Brayton"da çıxış edir. O, cari mövsüm ərzində meydana çıxdığı 25 oyunda 5 qol və 3 məhsuldar ötürmə müəllifi olub.