BAKI, 16 mart. TELEQRAF
Ötən həftə işğaldan azad edilmiş ərazilərdə piyada əleyhinə 129 mina zərərsizləşdirilib.
Teleqraf xəbər verir ki, bu barədə Minatəmizləmə Agentliyi məlumat yayıb.
Bildirilib ki, tank əleyhinə isə 194 mina aşkarlanaraq zərərsizləşdirilib, 1 234.5 hektar ərazi minalardan təmizlənib.