BAKI, 7 yanvar. TELEQRAF
İmişli rayonu, Allahmədətli kəndində yerləşən “Sarısu” gölü ərazisində qanunsuz ov edən Kürdəmir sakini, 1971-ci il təvəllüdlü Bəhmən Gulalıyev (ad-soyad şərtidir) məsuliyyətə cəlb olunub.
Teleqraf-ın əldə etdiyi məlumata görə, ov silahı ilə xüsusi icazəsi olmadan 5 ədəd qaşqaldaq və 3 ədəd ördək ovlayıb təbiətə ümumilikdə 44 manat ziyan vuran şəxs Kürdəmir Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılılıb və barəsində protokol tərtib edilərək məhkəməyə göndərilib.
Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs izahatında bildirib ki, ov silahı ona atasından yadigar qalıb: “Evdə sandıqdan çıxarılan zaman gördüm və belə bir silahın olduğunu xatırladım. Övladım məndən qaşqaldaq kababı çəkməsini istədi və silahı götürüb ova getdim. Əməlimdən peşmanam”.
Məhkəmənin qərarı ilə B.Gülalıyev 1000 manat məbləğində cərimələnib.