BAKI, 5 yanvar. TELEQRAF

Şirvan şəhərində borc üstündə mübahisə dava ilə nəticələnib.

Teleqraf-ın xəbərinə görə, bhan adlı şəxs Fərhadla (adlar şərti verilib - red.) mübahisə edib, nalayiq ifadələrlə onu təhqir edib.

Şirvan Şəhər Polis Şöbəsində izahat verən Sübhanın sözlərinə görə, atasının Fərhada borcu olub. Borcun mərhələli şəkildə qaytarılması barədə razılığa gəlinib. Razılaşmaya əsasən, ilkin olaraq 100 manat, növbəti aydan isə aylıq 150 manat ödənilməli idi.

Razılaşdırılmış tarixdə Fərhad ondan pul tələb edib. Həmin vaxt uzaqda olub. Sonradan məsələni aydınlaşdırmaq üçün kafeyə gedib, 100 manat pul təklif etsə də, Fərhad qəbul etməyib. Onların arasında mübahisə yaranıb.

Sübhan hadisə zamanı sərxoş olduğunu və hansı ifadələr işlətdiyini tam xatırlamadığını bildirib.

Fərhadın sözlərinə görə, Sübhanın atasının ona məxsus kafeyə 741 manat borcu yaranıb. Razılaşdırılmış tarixdə borc ödənilmədiyi üçün o, əvvəlcə Sübhanın atasına, daha sonra isə Sübhana zəng edib.

Subhan kafeyə gələrək 100 manat vermək istəsə də, Fərhad məbləğin uyğun olmadığı üçün pulu qəbul etməyib. Sübhan sərxoş vəziyyətdə onun ünvanına nalayiq ifadələr işlədib.

Şirvan Şəhər Məhkəməsinin qərarı ilə bhan İnzibati Xətalar Məcəlləsinin 510-cu (xırda xuliqanlıq) maddəsi üzrə təqsirli bilinib, bir gün müddətinə inzibati həbs və 100 manat məbləğində cərimə edilib.