BAKI, 21 noyabr. TELEQRAF
Xızı rayonunda "Chevrolet" markalı minik avtomobilinin yanar hissələri yanıb.
Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Məlumata görə, hadisə Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 60-cı kilometrliyində baş verib.
Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.
anğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.