BAKI, 8 noyabr. TELEQRAF

Dağıstanın Karabudaxkent rayonunun Açi-Su qəsəbəsində qəzaya uğrayan helikopter istirahət bazasının ərazisində yerləşən kottecə düşüb.

Teleqraf xəbər verir ki, bu barədə qəsəbə başçısı Maqomed-Rasul Abdussalamov bildirib.

“Helikopter dənizkənarı xəttin birinci hissəsində yerləşən kottecə düşüb. Bu, istirahət bazasının ərazisində olan, yaşayış üçün nəzərdə tutulmamış tikilidir”, - Abdussalamov deyib.

Məlumata görə, helikopterdə 7 sərnişin olub, onlardan 4-ü ölüb.