BAKI, 01 oktyabr. TELEQRAF

Filippində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 60 nəfərə çatıb.

Teleqraf xəbər verir ki, güclü yeraltı təkanların qeydə alındığı Sebu əyalətində fövqəladə vəziyyət elan edilib.

"Daha çox insan tələfatı barədə məlumatlar daxil olur. Artıq 60 nəfərin öldüyü barədə məlumat atmışıq", -Filippin Mülki Müdafiə Agentliyinin müşaviri Bernardo Alexandro deyib.

***

05:04

Filippində 6,9 maqnitudalı zəlzələ baş verib.

Teleqraf xəbər verir ki, təbii fəlakət nəticəsində azı 26 nəfər ölüb.

Məlumata görə, San-Remixio bələdiyyəsində idman-sağlamlıq kompleksinin binası çöküb. Dağıntılar altında qalanların olduğu bildirilir. Axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Tektonik mənşəli zəlzələnin episentri Sebu əyalətinin Boqo şəhərindən təxminən 20 kilometr şimal-şərqdə olub. Yeraltı təkanların ocağı Yerin 5 kilometr dərinliyində yerləşib.