BAKI, 6 sentyabr. TELEQRAF
Bu gün saat 04:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Qaradağ rayonu ərazisindən yol-nəqliyyat hadisəsinin baş verməsi səbəbilə çağırış daxil olub.
Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Bildirilib ki, çağırış əsasında təcili tibbi yardım briqadası cəlb olunub.
Təcili tibbi yardım briqadası tərəfindən 4 nəfərə (2-si uşaq olmaqla) zəruri tibbi xidmət göstərilib və müxtəlif dərəcəli bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə təxliyə olunub.
***
18:20
Bakı- Qazax şossesinin Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib.
Teleqraf xəbər verir ki, 77-UM-423 dövlət nişanlı “Kia” markalı nəqliyyat vasitəsinin sürücüsü ailə üzvləri ilə birlikdə paytaxtdan rayona gedirmiş.
Lökbatan qəsəbəsi ərazisində sürücü sükana nəzarəti itirdiyindən maşın yolayrıcı dəmirə çırpılıb.
Qəza zamanı sürücü, onun qızı, oğlu və həyat yoldaşı ağır xəsarətlər alıb.
Yaralılar Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Mərkəzdən verilən məlumata görə, sürücü və oğlunun vəziyyəti ağırdır.