BAKI, 23 avqust. TELEQRAF

ABŞ-nin Nyu-York ştatında turist avtobusu aşıb. Hadisə nəticəsində bir neçə nəfər, o cümlədən azı bir uşaq ölüb.

Teleqraf xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.

Qəza turistlər Niaqara şəlaləsini ziyarət etdikdən sonra Nyu-Yorka qayıdarkən baş verib. İçində 50 sərnişin olan avtobusun sürücüsü naməlum səbəblərdən idarəetməni itirib. Nəticədə avtobus yoldan çıxaraq aşıb.

Ölənlərin və xəsarət alanların dəqiq sayı hələlik açıqlanmır.