BAKI, 20 avqust. TELEQRAF
Dövlət sərhədini pozmağa cəhd göstərən şəxslər saxlanılıb.
Bu barədə Teleqraf-a Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Zaqatala” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində Azərbaycan Respublikasından Gürcüstan istiqamətində 2 (iki) nəfər Banqladeş Xalq Respublikası vətəndaşı – 1985-ci il təvəllüdlü Mon Pabon Chandra və 2001-ci il təvəllüdlü MD Raju dövlət sərhədini pozmağa cəhd göstərərkən saxlanılıb.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.