BAKI, 20 avqust. TELEQRAF

Avqustun 19-da Qobustan kəndi ərazisində faciəvi hadisə baş verib.

Teleqraf xəbər verir ki, 1987-ci il təvəllüdlü Əhmədov Rəşad Cəsarət oğlu çayda balıq tutarkən yaxınlıqdakı dərədən torpaq qatı qoparaq onun üzərinə düşüb.

Rəşad Əhmədov hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı xəsarət alan 1990-cı il təvəllüdlü Osmanov Niyaməddin Şayəddin oğlu Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.