BAKI, 19 avqust. TELEQRAF

Bakıda yol-nəqliyyat hadisəsi baş verib, işıqfor yararsız vəziyyətə düşüb.

Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən məlumat verilib.

Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 1 ədəd svetofor yararsız vəziyyətə düşüb.

Bildirilib ki, yol hərəkətinin təhlükəsizliyini təmin etmək məqsədilə yeni svetofor obyekti quraşdırılacaq.