BAKI, 7 avqust. TELEQRAF

Lənkəran şəhərinin Boladı kəndində yanğın olub.

Bu barədə Teleqraf-a FHN-dən məlumat verilib.

Bildirilib ki, ümumi sahəsi 300 m² (hər mərtəbəsi 150 m²) olan ikimərtəbəli 5 otaqlı evin 2-ci mərtəbəsinin və dam örtüyünün yanar konstruksiyaları yanıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.