BAKI, 9 dekabr. TELEQRAF

İsrail Hərbi Hava Qüvvələrinin qırıcıları Livanın cənubundakı “Hizbullah”a məxsus olduğu iddia edilən hərbi obyektləri hədəfə alıb.

Teleqraf xəbər verir ki, bu barədə "Naharnet" portalı məlumat yayıb.

Hücumlar Cəbbəl-əs-Safi dağlıq ərazisinə, İqlim-ət-Tufah yüksəkliklərinə və Vadi-Rumin dərəsinə yönəlib. Ümumilikdə azı səkkiz aviazərbə həyata keçirilib.

Güclü partlayış səsləri Cbaa və Nabatiyə yaşayış məntəqələri yaxınlığında eşidilib. Hazırda həlak olanlar və yaralananlar barədə məlumat yoxdur.