BAKI. 26 iyul. TELEQRAF

İtaliyanın Latsio bölgəsində Qərbi Nil qızdırmasına təxminən 30 yoluxma halı aşkarlanıb.

Teleqraf xəbər verir ki, bu barədə yerli mətbuatda məlumat yayılıb.

"2025-ci ildə təsdiqlənmiş yoluxma hallarının sayı 28-ə çatıb", - məlumatda deyilir.

Qeyd edək ki, bu yoluxucu xəstəliyin ocaqları dünyanın 90-dan çox ölkəsində - Afrika, Amerika, Avropa və Asiyada yerləşir.

Yoluxanların əksəriyyəti (80%) heç bir simptom hiss etmir. Digər hallarda qızdırma və baş ağrıları, yorğunluq və əzələ ağrıları, nadir hallarda isə ağır nevroloji fəsadlar mümkündür.