GƏNCƏ, 17 iyul. TELEQRAF

Gəncə şəhərində qadın bədəninin kəsilmiş-deşilmiş yarası ilə xəsarət alıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, 1982-ci il təvəllüdlü Aynurə İbrahimova Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə gətirilib.

Qadın əməliyyat olunub, vəziyyəti orta-ağırdır.

Hadisənin hansı şəraitdə və necə baş verməsi istiqamətində Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma başlanılıb.