BAKI, 3 may. TELEQRAF

Leninqrad vilayətinə son hücum zamanı vurulan pilotsuz uçuş aparatlarının sayı 60-ı keçib.

Teleqraf xəbər verir ki, bu barədə Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko məlumat verib.

Onun sözlərinə görə, hücumun əsas hədəfi Primorsk dəniz ticarət limanı olub.

“Bu gecə Leninqrad vilayəti genişmiqyaslı hücumu dəf edib, 60-dan çox düşmən PUA-sı vurulub. Hücumun əsas hədəfi Primorsk dəniz ticarət limanı idi. Hücumun qarşısının alınması zamanı Primorskda yanğın baş verib. Hazırda yanğının nəticələri tam aradan qaldırılıb. Neft məhsullarının sızması qeydə alınmayıb”, – deyə Drozdenko “Max” platformasındakı paylaşımında bildirib.