BAKI. 16 iyul. TELEQRAF

İldırımın Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzini vurması anı kameralarla görüntülənib.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Post” nəşri yazıb.

Nyu-Yorkdakı Dünya Ticarət Mərkəzi ABŞ-nin ən hündür binasıdır. Onun hündürlüyü 541 m təşkil edir.

Qeyd olunur ki, ABŞ-nin iqtisadi paytaxtında ildırım nadir hadisə hesab olunur və bu, yalnız temperatur 32℃-yə yaxınlaşdıqda baş verir.