BAKI, 9 iyul. TELEQRAF

Bakının Suraxanı rayonunda “Mitsubishi” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.