BAKI, 8 iyul. TELEQRAF

Sumqayıt şəhərində yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 35 m² olan 1 otaqlı mənzilin mətbəxində məişət avadanlıqları yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.