ASTARA, 4 iyul. TELEQRAF

Astarada 15 yaşlı yeniyetmənin su anbarında boğulmasının təfərrüatları məlum olub.

Teleqraf-ın Cənub bürosu xəbər verir ki, Astaranın Ojakəran kənd sakini, 15 yaşlı Murad Rahim oğlu Ağazadə Lovain su anbarının qadağan olunmuş ərazisinə daxil olub və nəticədə faciəvi hadisə baş verib.

Mərhumun qohumu Tural Kazımov bildirib ki, həmin ərazi əvvəllər nəzarətdə olub:

“Ora qadağan olunmuş ərazidir. Əvvəllər orada nəzarətçilər də var idi. İndi isə bu barədə məlumatım yoxdur. Ora çox təhlükəli və sürüşkəndir”, – o qeyd edib.

Xatırladaq ki, 15 yaşlı Murad Ağazadə ehtiyatsızlıq nəticəsində su anbarına düşərək boğulub.