BAKI, 21 iyun. TELEQRAF

Bakının Xəzər rayonunda yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sahəsi 800 m² olan birmərtəbəli müxtəlif təyinatlı obyektlərdən sahəsi 250 m² olan kafenin mətbəxində 1 ədəd soyuducu və mətbəx mebeli 3 paq.m yanıb.

Yüksək temperaturdan plastikdən ibarət qapı əriyib.

Kafenin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.