BAKI, 20 iyun. TELEQRAF
Bakıda 57 yaşlı qadın işlədiyi müəssisədə qəfildən ölüb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, hadisə iyunun 19-da Binəqədi rayonu, Sulutəpə qəsəbəsinin ərazisində yerləşən “İceland” dondurma sexində baş verib.
Sexdə işləyən qəsəbə sakini, 1968-ci il təvəllüdlü Ceyran Firudin qızı Mahmudova infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırmalar aparılır.