
BAKI, 19 iyun. TELEQRAF
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda doqquzmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində eyvanda baş vermiş yanğın qısa müddətdə söndürülüb.
***
23:25
Fövqəladə Hallar Nazirliyi Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğınla bağlı məlumat yayıb.
Nazirlikdən Teleqraf-a bildirilib ki, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
***
23:14
Bakının Yasamal rayonu ərazisində çoxmərtəbəli binalardan birində yanğın başlayıb.
Teleqraf-ın əldə etdiyi xəbərə görə, MİDA-ya məxsus yaşayış binası yanır.