
BAKI, 18 iyun. TELEQRAF
Bakının Nərimanov rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyinindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Nərimanov rayonunda ümumi sahəsi 30 m² olan birotaqlı mənzildə kondisioner və divan yanıb.
Mənzil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.