AĞDAM, 7 iyun. TELEQRAF
Ağdam rayonunda yüksək gərginlikli elektrik dirəyinə çıxan kişi xilas edilib.
Bu barədə Teleqraf-ın yerli bürosu xəbər verir.
Məlum olub ki, yüksək gərginlikli elektrik xəttinə çıxan şəxs Ağdam rayonu Şahbulaq kənd sakini 2004-cü il təvəllüdlü Əsədov Bünhan Yavər oğludur. O, rayonun Quzanlı qəsəbəsində yaşıyır.
***
22:05
Ağdamda sərxoş kişi yüksək gərginlikli elektrik dirəyinə çıxıb.
Teleqraf-ın yerli müxbirinin xəbərinə görə, rayonun İmamqlubəyli qəsəbəsinə qonaq gələn Pünhan adlı şəxs ərazidə yerləşən yüksək gərginlikli elektrik dirəyinə çıxıb.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları, FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri cəlb edilib.
Hazırda onun elektrik dirəyindən düşürülməsi üçün lazımi addımlar atılır.



