BAKI, 6 iyun. TELEQRAF
Polis əməkdaşlarının narkotiklərlə bağlı keçirdiyi əməliyyat nəticəsində 14,6 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb.
Bu barədə Teleqraf-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə iyunun 5-də ümumi çəkisi 14,6 kiloqramdan artıq narkotik vasitə götürülüb, yabanı halda bitmiş 3,5 ton çəkidə 32320 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.