BAKI, 6 iyun. TELEQRAF

Neftçala rayonunda yanğın olub.

Fövəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, hadisə rayonun Sarıqamış kəndində baş verib.

Ümumi sahəsi 120 m² olan köməkçi tikilinin dam örtüyünün taxta atmaları və içərisində yığılan 30 ton ot bağlaması yanıb.

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.